YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı üçün kredit zəmanəti fondu yaradılacaq

 Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı üçün kredit zəmanəti fondu yaradılacaq. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

E.İbrahimov qeyd edib ki, bu yeni hazırlanmış "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunda əksini tapıb.

«Qanunun 13-cü maddəsində (Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətləri) dövlətin bu sahəyə dəstəyi siyahısında “Kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması” şərti də yer alıb. Maddədə həmçinin o da əks olunub ki, dövlət kooperativlərə güzəştli şərtlərlə kreditləşmənin təmin edilməsinə də dəstək verəcək»- deyə, komitə sədri vurğulayıb.