YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsi və yol təmirinə 10 milyon manat ayrılıb

Prezident İlham Əliyev iyunun 10-da “Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 10 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb.