YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Formula-1” könüllülərinə təlim keçirildi

İyunun 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Formula-1” Avropa Qran-prisi könüllüləri ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, tədbirdə çıxış edən FHN Baş əməliyyat idarəsinin əməliyyatların idarə edilməsi və planlaşdırılması idarəsinin rəisi polkovnik Cavanşir Həşimov könüllülərin ötən il keçirilmiş birinci Avropa Oyunlarındakı fəaliyyətini yüksək qiymətləndirib.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov Azərbaycanın beynəlxalq yarışlara uğurla ev sahibliyi etməsinin əsasında sabitlik və inkişafın dayandığını vurğulayıb.

Sonra könüllülərə FHN Akademiyasının fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə meneceri Atif Qənbərov yüksək səviyyəli əməkdaşlığa və göstərilən hərtərəfli yardıma görə FHN-ə təşəkkürünü bildirib. O, könüllülərin bu təlimlərdə vacib məlumatlar əldə edəcəklərinə əmin olduğunu deyib.

Görüşdə FHN-in əməkdaşları “Formula-1” yarışlarında fövqəladə hadisə baş verəcəyi təqdirdə atılacaq addımlar, davranış qaydalarına dair məruzələrlə çıxış edib, tamaşaçıların təxliyəsi, ilkin tibbi yardım barədə məlumat veriblər.

 

DİGƏR Xəbərlər Arxiv