YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edib

«Xalqımızın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 15 iyun 1993-cü ilədək ağır dövr yaşayıb. O dövrdəki mühit dözülməz idi, hətta yenicə qazanılmış dövlət müstəqilliyin itirilməsi var idi». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, belə bir çətin zamanda Azərbaycan xalqı təkidlə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. 1993-cü ilin iyunun 15-də Ulu öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçildiyini və həmin tarixin Milli Qurtuluş Günü kimi tariximizə düşdüyünü deyən Məlahət İbrahimqızı Ümummilli liderimizin hakimiyyətə qayıtması ilə Azərbaycanın fəlakətdən, xaosdan, böhrandan xilas olduğunu bildirib.

«Məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranıb» - deyə,  millət vəkili vurğulayıb. 
M.İbrahimqızı qeyd edib ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət, görülən işlər Heydər Əliyevi xalqımızın Ümummilli liderinə çevirməklə bərabər, Azərbaycanı da dünyanın qabaqcıl dövlətləri sırasına yüksəldib: “Bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edib. Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm Fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalinin sosial rifahının daha da yaxşılaşması, dövlətlərarası ikitərəfli əlaqələrin möhkəmlənməsi, dünyaya uğurla inteqrasiya olunması möhtərəm Prezidentimizin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir”.