YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim İbrahimov: Qurultayı bizim üçün yeni bir tarixin başlanğıcı saymaq olar

«Birinci dəfə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən və dünya azərbaycanlılarını birləşdirməyə, azərbaycançılıq ideyalarını gücləndirməyə xidmət edən Qurultaylardan daha biri artıq tarixə çevrildi. Amma bu Qurultayı, eyni zamanda bizim üçün yeni bir tarixin başlanğıcı saymaq olar. Toplantının açılışında cənab Prezident İlham Əliyev tarixi çıxışı ilə vahid qüvvəyə çevrilmək və azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoydu, gələcək illərdə görüləcək işlərin proqramını verdi». Bu fikirləri yap.org.az saytına müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov bildirib ki, qarşıdakı illərdə biz Azərbaycan diasporunun azərbaycançılıq ideyalarını unutmadan yaşadığı ölkələrdə mövqelərinin gücləndirilməsini, həmin ölkələrin ictimai, siyasi, iqtisadi həyatındakı rolunun daha da artırılmasını, müxtəlif dövlət və qanunvericilik orqanlarında təmsil olunmaq, xüsusilə dəxaricikütləvi informasiya vasitələrinə çıxışı lazımi səviyyədə təmin etmək yolunda çalışacağıq. Onun sözlərinə görə, digər bir əsas məqam dünyada yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin kəsilməməsi, müstəqil Azərbaycan Respublikasının ətrafında daha sıx birləşməsidir ki, biz bu birliyin son illər daha da gücləndiyinin şahidi oluruq.

«Mən artıq cəsarətlə deyə bilərəm ki, cənab Prezident İlham Əliyevin Azərbaycan dövlətini inkişafına nail olmaq, onun müstəqilliyini qorumaq naminə böyük güclərin qarşısına çıxdığını görən dünya azərbaycanlıları Azərbaycan dövləti və bu dövlətin başçısı ilə fəxr edirlər.Ölkə başçısının toxunduğu başqa bir məqam, diaspor təşkilatları arasında koordinasiyanın, birlik, həmrəyliyin təmin edilməsidir ki, bu məsələdə də Prezidentimiz daha çox Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə məsuliyyət düşdüyünü bildirdi, xarici ölkələrdəki səfirliklərimizi isə bu işdə daha fəal olmağa çağırdı. Bundan başqa, ölkəmizdə əlverişli biznes mühitinin yaradılığını vurğulayan cənab Prezident çıxışında, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı iş adamlarını Azərbaycana sərmayə qoymağa, çağırışını da xüsusi qeyd etmək istəyirəm»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv