YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsi tarixi hadisədir

«Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsi dövlətimiz və xalqımız üçün  tarixi hadisədir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, qurultay dünyada yaşayan azərbaycanlıların birliyinin daha da güclənməsinə xidmət edəcək. Onun sözlərinə görə, Azərbaycan dövlətinin bu yöndə siyasəti uğurlu nəticələr verir.

«Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, onların işinin koordinasiya olunması və ümumən diaspor işinin təşkili də dövlət siyasətinin tərkib hissəsidir. Şübhəsiz ki, bu yondəki bütün fəaliyyət xüsusi proqramlara əsaslanır. Əsas məsələ gedəcəyin yolun  müəyən olunmasıdır.  Bu gün istər xarici ölkələrdə yaşayan, istərsə də Azərbaycandakı soyadaşlarmızın qarşısında müəyyən edilmiş vəzifələr var. Bu baxımdan, Dünya Azərbaycanlılarının IV Qurultayının da əhəmiyyəti böyükdür»- deyə, K.Əliyeva qeyd edib.