YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İyun ayında Ceyhan limanından 1 milyon 871 min 477 ton Azərbaycan nefti ixrac edilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin iyun ayında Novorossiysk limanından 84 min 577 ton, Supsa limanından 242 min 39 ton, Ceyhan limanından isə 1 milyon 871 min 477 ton xam neft ixrac etmişdir.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 508 min 222 ton, Supsa limanından 1 milyon 452 min 574 ton, Ceyhan limanından isə 10 milyon 313 min 893 ton xam neft ixrac edilmişdir. ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətə məxsus xam neft həcmlərini əks etdirir.