YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndiyədək “Şahdəniz” yatağından 72 milyard kubmetr təbii qaz və 16 milyon ton kondensat hasil edilib

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından işlənmənin əvvəlindən bu vaxtadək 72 milyard kubmetr təbii qaz və 16 milyon ton kondensat hasil olunub.

Bu barədə iyunun 3-də Bakıda keçirilən “Caspian Oil & Gas” konfransındakı çıxışında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, bu il iyunun 1-dək “Şahdəniz”dən 4,5 milyard kubmetr qaz, bir milyon ton kondensat hasil olunub. Hazırda “Şahdəniz” yatağındakı 8 quyudan gündəlik orta hesabla 30 milyon kubmetr təbii qaz və 7 min ton kondensat hasil edilir.

 

DİGƏR Xəbərlər Arxiv