YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılmışdır

İyulun 1-də Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılmışdır.

Nazirlikdən bildirmişlər ki, təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 2014-cü il 21 aprel tarixli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 2974 vakant yer çıxarılmışdır.

Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilmişdir. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilmişdir.

Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir.

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu bu il iyulun 15-də saat 18.00-da başa çatacaqdır.

İyulun 16-dan 19-dək isə imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcəkdir.

İmtahanlara iyulun 21-dən başlanılması nəzərdə tutulmuşdur.

 

DİGƏR Xəbərlər Arxiv