YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Dövlətin həyata keçirdiyi sosial siyasətdə uşaq problemlərinin həlli hər zaman gündəmdə olub

«BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Onun sözlərinə görə, BMT-nin Uşaq Hüquqları Konvensiyasına ilk qoşulan ölkələrdən biri məhz Azərbaycan olub.

«Dövlətin həyata keçirdiyi sosial siyasətdə uşaq problemlərinin həlli hər zaman gündəmdə olub. Uşaq hüquqları ilə bağlı ölkəmizdə mükəmməl qanunvericilik formalaşıb. Son 20 ildə bu sahədə 300-dək sənəd qəbul olunub»- deyə, komitə sədri vurğulayıb.