YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Elm sahələri üzrə kadr hazırlığına diqqət artırılmalıdır

«Elm sahələri üzrə kadr hazırlığına diqqət artırılmalıdır». Bu fikri təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, statistik məlumatlara əsasən, ölkəmizdə təhsil alan doktorantların ən çox hissəsi filologiya və iqtisadiyyat sahələrinin payına düşür.

«Ali təhsil müəssisələrində doktoranturaya qəbul planları formalaşarkən gələcəkdə ölkəyə lazım olan peşə sahiblərinin - mühəndislərin, texnoloqların, proqramçı-mütəxəssislərin, fundamental sahənin alimlərinin hazırlanması nəzərə alınmalıdır»- deyə, nazir müavini vurğulayıb.