YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

ABŞ Prezidenti Barak Obama: Azərbaycan enerji lideri kimi böyük uğur qazanıb

ABŞ Prezidenti Barak Obama Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və xalqımızı təbrik edib. Birləşmiş Ştatların Prezidenti, həmçinin qarşıdan gələn əlamətdar hadisə - Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb.

Təbrik məktubunda deyilir ki, Azərbaycan son 25 ildə, xüsusilə, Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləyən enerji lideri kimi böyük uğur qazanıb.

“Biz terrorçuluğa qarşı mübarizə səyləri də daxil olmaqla, Azərbaycanın təhlükəsizlik üzrə əməkdaşlığını yüksək qiymətləndirir və Azərbaycan ilə birlikdə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət etməkdən şərəf duyuruq. Azərbaycan bütün vətəndaşları üçün təhlükəsizlik, firavanlıq və ifadə azadlığını daha da möhkəmləndirdikcə biz ona yardım etməyə hazırıq. Biz, həmçinin ölkənizin və qonşularının əmin-amanlıq və sabitlik şəraitində yaşamaları üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan ilə işləməyə davam edəcəyik”, - deyə təbrik məktubunda qeyd edilir.

Prezident Barak Obama vurğulayır ki, Azərbaycanın və Birləşmiş Ştatların xalqları sıx əlaqələrə malikdir. Biz mədəni, siyasi və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsini arzu edirik.