YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Vaezi: Azərbaycan və İran arasınıda "dostluq dəmir yolu" regional əlaqələri daha da asanlaşdıracaq

İran və Azərbaycanı birləşdirən dəmir yolunun tikintisi sürətlənib və yaxın vaxtlarda başa çatacaq.

Bu barədə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.

İranlı nazir ümidvar olduğunu bildirib ki, Azərbaycan və İran arasınıda "dostluq dəmir yolu" mümkün qədər tez bir zamanda fəaliyyətə başlayacaq və bu dəmir yolu regional əlaqələri daha da asanlaşdıracaq. Dəmir yolu, həmçinin bir neçə ölkə arasında ticarət əlaqələrini inkişaf etdirməyə kömək edəcək.

"İranın və Azərbaycanın dəmir yolu xəttlərini birləşdirməklə Bakı asanlıqla Mərkəzi Asiya ölkələri, Fars Körfəzi regionu və Hindistana çıxış əldə edə bilər", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan və İran ərazisində tikilən Qəzvin-Rəşt dəmir yolu xətti, eləcə də tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xətti layihələri ilə yaxından tanış olmaq üçün İran İslam Respublikasında səfərdə olub.