YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyi “İnkişaf akademiyası” layihəsi həyata keçirib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatinin dəstəyi, YAP Gəncə şəhər təşkilati Gənclər Birliyinin təşkilatçılığı ilə 2 günlük yay düşərgəsi reallaşıb. Azərbaycanın ən dilbər guşələrindən olan Hacıkənd qəsəbəsində baş tutan “İnkişaf akademiyası” adlı layihənin əsas məqsədi partiyanın üzvü olan fəal gənclərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin genişləndirilməsini, siyasi dünyagörüşünün formalaşmasını və gənclərin asudə vaxtının səmərəli keçirilməsini təmin etmək olub.

Tədbirdə YAP Gəncə şəhər təşkilatinin sədri Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilati Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev çıxış edərək layihənin mahiyyəti və qaydaları barədə, son illər gənclərin iştirakı ilə Gəncədə keçirilən beynəlxalq tədbirlər, dəyərli layihələr haqqında geniş məlumat verib.

DİGƏR Partiya xəbərləri Arxiv