YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan gözqamaşdırıcı uğurlara nail olub

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan dövlətlərin tarixi baxımından qısa bir müddətdə qədim tarixindən, mədəniyyətindən və ənənələrindən güc alaraq bütün sahələrdə gözqamaşdırıcı uğurlara nail olub. Gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önəmli bir ölkə mövqeyinə yüksələn Azərbaycanın bu uğurlarını məmnunluqla müşahidə edir və qürur duyuruq. Əminik ki, qətiyyətli və uzaqgörən liderliyiniz sayəsində qarşıdakı dövrdə də Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək.

“Bir millət, iki dövlət” şüarı əsasında strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizin qarşılıqlı səfərlər və görüşlərlə yanaşı, beynəlxalq platformalarda da bir-birimizə verdiyimiz dəstəklə ən yüksək zirvəyə qalxması məmnunedicidir. Qarşıdakı dövrdə də iki qardaş dövlət olaraq sıx əməkdaşlığımızın genişlənməkdə davam edəcəyinə, regionumuzda, hətta bölgəmizdən kənarda da təhlükəsizlik, rifah və sabitliyə əhəmiyyətli töhfə verəcəyinə əminəm.

Milli bayramınız münasibətilə Zati-alinizə, əziz qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm.”