YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taleh Ziyadov: Transxəzər Nəqlıyyat Marşrutunda vahid tarifin tətbiqi onun əhəmiyyətini artıracaq və rəqabətədavamlı edəcək

Astanada IX İqtisadi Forum işinin davam etdir.

Astana İqtisadi Forumu nüfuzlu forumlardan biridir. Hər il ənənəvi olaraq təşkil olunan bu foruma dünyanın müxtəlif ölkələrindən tanınmış siyasətçilər, iqtisadçılar, alimlər, dövlət xadimləri qatılır.

Bunu İqtisadi Forumun media tərəfdaşı olan AZƏRTAC-a müsahibəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov bildirib.

İqtisadi Forum çərçivəsində keçirilən “Böyük İpək yolu ölkələrinin forumu: enerji, resurslar və davamlı inkişaf” adlı plenar iclasın spikerlərindən biri olan Taleh Ziyadov plenar iclasın Azərbaycanın da iştirak etdiyi Yeni İpək yolu layihəsinin perspektivlərinin müzakirəsinə həsr olunduğunu söyləyib. Ö, öz çıxışında Azərbaycanda bu istiqamətdə həyata keçirilən layihələr, o cümlədən yeni yaradılan Bakı Limanı və Azad Ticarət Zonası haqqında məlumat verdiyini deyib. T.Ziyadov bildirib ki, Bakı Limanı Çin, Rusiya, Avropa və Mərkəzi Asiya şirkətlərinin bizim regiona və Bakı ətrafında yaradılacaq Azad Ticarət zonasına cəlb edilməsində mühüm rol oynayır.

T.Ziyadovun sözlərinə görə, hazırda Türkiyədən Mərkəzi Asiya ölkələrinə gedən irihəcmli yük maşınlarının Bakı Limanından istifadəsinin asanlaşdırılması üçün xeyli tədbirlər görülüb. Bakı Limanında həyata keçirilən iş öyrənilir, regionda, o cümlədən Aktau limanında da tətbiq olunmağa artıq başlanılıb.

Liman rəhbərinin sözlərinə görə, yeni Bakı limanında yük maşınlarının daha rahat keçidini təmin edək üçün servis mərkəzləri də tikiləcək.

Qazaxıstanın Aktau şəhərində fəalıyyət göstərən Azərbaycanın logistik mərkəzinin işi barədə məlumat verən T.Ziyadov onu Çin- Avropa təchizat zəncirinin bir parçası adlandırıb. Liman rəhbəri bildirib ki, Ələtdə yaradılacaq Azad Ticarət Zonasının Xəzərin digər sahilində də logistik mərkəzi olması məqsədəuyğundur.

Taleh Ziyadov Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini vurğulayaraq, onun bir necə ölkədən keçən dəhliz adlandırıb. İyunun 1-dən bu marşrutda vahid tariflərin tətbiq olunacağını xatırladan liman rəhbəri bildirib ki, Çindən Avropaya gedən yol kifayət qədər uzundur və bir neçə ölkədən keçir. “Biznes sahibləri üçün vahid tarifin müəyyən edilməsi bu dəhlizin əhəmiyyətini artıracaq və rəqabətədavamlı edəcək”, - deyən T.Ziyadov xatırladıb ki, Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Çin şirkətlərinin daxil olduğu Transxəzər konsorsiumu çərçivəsində bir ildən çoxdur ki, vahid tariflər üzərində iş aparılıb.

Ələtdə Azad Ticarət Zonasının fəaliyyətə başlaması ilə bağlı sualı cavablandıran Taleh Ziyadov bildirib ki, payızadək müvafiq qanunvericilik bazası hazırlanacaq və Milli Məclisə təqdim olunacaq. Bu qanunvericilik qəbul edildikdən sonra yerli və xarici investorların cəlb edilməsi və qeydiyyatı prosesinə başlanılacaq.