YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa kosmosa nəhəng rentgen teleskopu göndərir

Avropa bəşəriyyət tarixində nəhəng rentgen teleskopun yaradılmasına yönələn layihəyə başlamışdır. Uzunluğu 12 metr, çəkisi 5 ton təşkil edən “Athena” kosmik aparatının 2028-ci ildə orbitə buraxılması planlaşdırılır.

Bir milyard dollar dəyərinə malik layihə Avropa Kosmik Agentliyinin (ESA) Elmi Proqramlar Komitəsi tərəfindən keçirilən görüşündə təsdiq olunmuşdur. Bununla bağlı son qərarın komitənin 2019-cu ildə keçiriləcək iclasında veriləcəyi gözlənilir.

“Athena” daha uzun dalğalarda müşahidələr aparan “Square Kilometre Array” və “European Extremely Large Telescope” kimi böyük teleskopların oxşarı olmaqla, növbəti nəsil rəsədxana kimi qələmə verilir. Yeni aparat kosmosun dərinliklərini müşahidə etməyə imkan verəcək qabaqcıl optika və detektorlarla təchiz ediləcəkdir. “Athena” qalaktikaların yaranma prosesini, eləcə də onların mərkəzində yerləşən “qara dəliklər”in mənşəyini və inkişafını tədqiq edəcəkdir. 

DİGƏR Xəbərlər Arxiv