YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Azərbaycan dövlətinin parlaq gələcəyi var

«Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə şərəfli yer tutur. Sovet dövründə Azərbaycan tarixinin barəsində yazılmayan və danışılmayan, üstündən sükutla keçilən, yazılan və danışılanda isə kobudcasına təhrif edilən səhifələrindən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim “məxfi”, “tam məxfi” qrifləri altında  saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənləri isə ideologiyanın təsiri altında onu məqsədli şəkildə, düşünərək təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət  müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə “tam məxfi”, “məxfi” arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana  gəldi». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.   

M.Qasımlı bildirib ki, 1998-ci ildə Ümummilli lider  Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Onun sözlərinə görə, Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması  məhz Heydər Əliyevin adı ilə bağlıdır.                                     

«Bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Cümhuriyyətimizin 96-cı ildönümü ilə əlaqədar olaraq ölkəmizdə geniş tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanın mstəqilliyinin bərpa olunmasının 25-ci ilini yaşayırıq. Ötən 25 ildə bir çox ölkələrin bəlkə də yüz ildə keçdiyi yolu keçib. Güclü, rəqabətə davamlı dövlət qurulub. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında tariximizdə bir sıra ilklərə imza atılıb. Azərbaycan Kosmos klubunun üzvü olub, BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Ölkəmiz beynəlxalq toplantıların keçirildiyi, sivilizasiyaları qovuşduran, əməkdaşlığa cəlb edən ölkəyə çevrilib. Azərbaycan dövlətinin parlaq gələcəyi vardır»- deyə, M.Qasımlı qeyd edib.

DİGƏR Xəbərlər Arxiv