YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kim Hyonq-cin: Azərbaycanın qısa müddətdə nail olduğu iqtisadi inkişaf “Bakı möcüzəsi”dir

Azərbaycanın Respublikasının Koreya Respublikasındakı səfirliyi 28 May – Respublika Günü münasibətilə paytaxt Seulda rəsmi qəbul təşkil edib.

Tədbirdə Koreyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, özəl sektor, ali təhsil ocaqları və tədqiqat mərkəzlərinin təmsilçiləri, diplomatlar, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Səfir Rəmzi Teymurov Respublika Gününün əhəmiyyətindən söz açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və həmin dövrdə əldə olunan nailiyyətlər barədə məlumat verib.

Koreya Respublikası xarici işlər nazirinin müavini Kim Hyonq-cin Azərbaycan xalqını Koreya hökuməti adından təbrik edib. O, Azərbaycanı təkcə Asiya və Avropa ölkələri arasında körpü və Xəzər regionunun logistik mərkəzi kimi deyil, həm də öz sürətli iqtisadi inkişafına malik və islahat yönümlü rəhbərlik altında regionun sənaye gücü olmaq istiqamətində inamla irəliləyən ölkə kimi qiymətləndirib. Nazir müavini, həmçinin Azərbaycanın qısa müddətdə nail olduğu iqtisadi inkişafı “Bakı möcüzəsi” adlandırıb.

Kim Hyonq-cin Koreya-Azərbaycan münasibətləri haqqında danışaraq iqtisadi, mədəni, təhsil, tikinti və digər sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri üçün potensialın olduğunu qeyd edib, Azərbaycanın zəngin təbii ehtiyatları ilə Koreyanın insan resursları və qabaqcıl texnologiyasının birlikdə ikitərəfli münasibətlərin inkişafına təkan verə biləcəyini bildirib. O, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın növbəti ay keçiriləcək görüşünün əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini bildirib, Koreyanın Azərbaycan üçün optimal tərəfdaş olacağına əminliyini ifadə edib.

Koreya Milli Assambleyasının üzvü xanım Park İn-suk da Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.