YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci rübdə BTC vasitəsilə təqribən 9 milyon ton xam neft ixrac olunub

2016-cı ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə təqribən 9 milyon ton (67 milyon barrel) xam neft ixrac olunub və bu neft Ceyhan limanında 82 tankerə yüklənib.

“bp-Azerbaijan” şirkətindən verilən məlumata görə, uzunluğu 1768 kilometr olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə, ümumilikdə, təxminən 2,43 milyard barrel (324 milyon ton) xam neft nəql edilib və Ceyhan limanında 3194 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Birinci rübdə BTC vasitəsilə təqribən 9 milyon ton (67 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 82 tankerə yüklənib.

Hazırda BTC boru kəməri, əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Hesabat dövründə BTC üzrə əməliyyat xərclərinə təqribən 29 milyon dollar, əsaslı xərclərə isə 11 milyon dollar xərclənib.

BTC Ko.-nun səhmdarları: BP (30,10 faiz); AzBTC (25,00 faiz); Şevron (8,90 faiz); Statoyl (8,71 faiz); TPAO (6,53 faiz); ENİ (5,00 faiz); Total (5,00 faiz), İTOÇU (3,40 faiz); İNPEKS (2,50 faiz), CIECO (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.