YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis sədrinin müavini Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Qazaxıstanın parlament Senatı rəhbərliyinin təşkilatçılığı ilə keçiriləcək “Dinlər terrorizmə qarşı” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün mayın 29-dan iyunun 1-dək bu ölkədə səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Astana şəhərində keçiriləcək toplantıda parlament sədrinin müavini mövzu ilə bağlı çıxış edəcək, Azərbaycandakı tolerant mühitdən, multikultural dəyərlərdən, bütün dinlərin daşıyıcıları olan insanlara göstərilən səmimi münasibətdən, terrorizmə qarşı mübarizədən söhbət açacaq.