YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Humanitar Sammitində TİKA-nın layihələrinə dair paralel toplantı keçirilib

Dünya Humanitar Sammiti çərçivəsində Türkiyə hökumətinin Türk Əməkdaşlığı və Əlaqələndirmə Agentliyi (TİKA) tərəfindən “Əməkdaşlıq edən ölkələrdən səslər” mövzusunda toplantı keçirilib.

Toplantıda TİKA-nın fəaliyyətinə dair sənədli film nümayiş olunub. Əfqanıstan, Pakistan, Sudan, Monqolustan və digər ölkələrdən TİKA ilə əməkdaşlıq edən təşkilatların nümayəndələrinin çıxışları dinlənilib.

Çıxışlarda Türk Əməkdaşlığı və Əlaqələndirmə Agentliyinin və onun tərəfdaşlarının həyata keçirdiyi çoxşaxəli layihələr barədə ətraflı məlumat verilib, humanitar sahədə görülən işlərin əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, səhiyyə və təhsil layihələri, o cümlədən bu sahələr üzrə mütəxəssis hazırlığı TİKA-nın və tərəfdaşlarının fəaliyyətində əsas istiqamətdir.

Toplantıda həmrəyliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı maraqlı təkliflər irəli sürülüb.