YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Qusman: Bu ilin noyabrında Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinin paytaxtı olacaq

Bu ilin noyabrında Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinin paytaxtı olacaq.

Bu sözləri mayın 23-də Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi (NACO) Şurasının növbəti iclası ilə bağlı jurnalistlərə müsahibəsində Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

Mixail Qusman son illər Azərbaycanın irimiqyaslı ictimai, siyasi, mədəni tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini və bu il noyabrın 16-17-də məhz Bakının Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi edəcəyini diqqətə çatdırdı.

“Bütün dünya agentliklərinin rəhbərləri, dünya informasiya axınına cavabdeh olan, informasiyanın məsuliyyətini daşıyan insanlar Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək üçün Bakıda toplaşacaqlar. Konqresin Bakıda keçirilməsi faktı bütün peşəkar dünya informasiya birliyinin azərbaycanlı həmkarlarına, o cümlədən AZƏRTAC-a inamının sübutudur. AZƏRTAC irimiqyaslı informasiya birliklərinin – Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) çox fəal üzvüdür. Dünya Xəbər Agentliklərinin bundan əvvəlki konqresləri Rusiya, İspaniya, Argentina və Səudiyyə Ərəbistanında keçirilib. Azərbaycana inamın nəticəsidir ki, növbəti Konqresin harada keçiriləcəyi müəyyənləşdirilərkən Ər-Riyad toplantısında gizli səsvermədə çoxluq tədbirin məhz Bakıda təşkil olunmasını dəstəklədi. Bu, Azərbaycana böyük inamın təsdiqi idi”.

TASS-ın baş direktorunun birinci müavini bildirdi ki, Azərbaycanda media açıq və azad şəkildə fəaliyyət göstərir. AZƏRTAC Azərbaycan mediasının flaqmanıdır. Düşünürəm ki, Konqresin Bakıda keçirilməsi digər vacib tədbirlər arasında çox parlaq bir hadisə olacaq.