YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Multikulturalizm asanlıqla əldə olunan bir dəyər deyil

«Multikulturalizm asanlıqla əldə olunan bir dəyər deyil. Bunun üçün əsrlər lazım olur, sınaqlardan keçmək lazım gəlir». Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, əsrlərlə yaşı olan Azərbaycan multikulturalizminin formalaşma mərhələsində qarşılaşdığı maneələrdən biri erməni terrorudur.

«Erməni terroru dini və etnik müxtəlifliyi özündə ehtiva edən Azərbaycan multikulturalizminə ən böyük təhlükələrdən biridir. Əslində bu gün Azərbaycanı narahat edə bilən heç bir erməni təxribatı yoxdur. Biz ermənilərin bütün təxribatlarına qarşı həmişə sözümüzü deyirik və deyəcəyik. Amma hər halda bəzi məsələlərdə adda-budda yox, məqsədyönlü şəkildə müxtəlif qurumlarla əl-ələ verərək birgə təşəbbüslə fəaliyyət göstərmək lazımdır»-deyə, K.Abdulla vurğulayıb.