YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndoneziya Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır

İndoneziya turizm, investisiya sahələrində Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Bu, bizim üçün başlanğıc nöqtəsi olacaq.

Bu fikirləri İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Hüsnan Bəy Fanani İndoneziya və Azərbaycan iş adamları arasında keçirilən görüşdə deyib.

Səfir kiçik və orta biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil edilməsinin biznes əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. İndoneziyadan ixrac olunan məhsullar barədə məlumat verən Hüsnan bəy Fanani bildirib ki, iqtisadi əlaqələrin qurulması iki ölkənin qarşılıqlı əlaqələrinin yeni məcrada inkişaf etdirilməsinə böyük töhfə verə bilər.

Tədbirdə sahibkarlar biznes sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin Türkiyə şirkətlərinin nümayəndələri də iştirak ediblər.