YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Komitə sədri: Azərbaycan iqtisadiyyatı öz inkişaf yolu ilə addımlamaqda davam edir

2015-ci ilin dövlət büdcəsinin icras ıhaqqında qanun layihəsi kifayət qədər sanballı və mükəmməl hazırlanıb. Bu fikri  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, 2015-ci ildə dünyada gedən məlum iqtisadi proseslərlə bağlı Azərbaycanda da müəyyən qədər sıxıntılar yaşanmışdı. Amma buna baxmayaraq, həmin müddətdə ölkəmizdə heç bir layihənin icrası dayandırılmamışdı, qarşıya qoyulan vəzifələrin icrası yönündə addımlar atılmışdı. 

«Yəni, Azərbaycan iqtisadiyyatı öz inkişaf yolu ilə addımlamaqda davam edib və bu gün də etməkdədir» - deyə, komitə sədri vurğulayıb.