YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətərdə Azərbaycan muğam gecəsi keçirilib

Qətərin paytaxtı Dohada “Azərbaycan muğam gecəsi” adlı konsert keçirilib.

Azərbaycanın Qətərdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və Respublika Gününə həsr edilib. Tədbirdə diplomatik korpusun nümayəndələri, diaspor üzvləri, media iştirak edib.

Gecədə Azərbaycan muğamı və ölkədə bu musiqi janrının inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbirdə Xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov, Elnur Əliyev, Oqtay Şərifov və Əhməd Əhmədov Azərbaycan muğamları və milli musiqilərini ifa ediblər.

Tədbir çərçivəsində həmçinin Azərbaycan sənətkarlıq nümunələri nümayiş etdirilib.

 

DİGƏR Xəbərlər Arxiv