YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qazaxıstan parlamentlərinin sədrləri Sankt-Peterburqda görüşüblər

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının 44-cü plenar iclası çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Parlamenti Məclisinin sədri Baktıkoja İzmuxambetov ilə görüşüb.

Görüşdə ölkələrimizin parlamentlərinin MDB Parlamentlərarası Assambleyası, TürkPA və digər beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyəti müzakirə olunub, Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Milli Məclisin Oqtay Əsədov sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar barədə məlumat verib, Azərbaycanın bu münaqişədə ədalətli mövqeyini dəstəklədiyinə görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.

Baktıkoja İzmuxambetov Qazaxıstanın bütün münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.