Xəbərlər
Formula 1 Əyləncə Zonasında "Yarışa 1 ay qaldı" tədbiri keçiriləcək
Dənizkənarı Bulvarda yerləşən Formula 1 Əyləncə Zonasında mayın 21-də "Yarışa 1 ay qaldı" tədbiri keçiriləcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa Qran Prisinin elçilərindən əməkdar artist, bəstəkar Tünzalə Ağayeva, Formula 1 üzrə idman şərhçisi Rəhim Əliyev və Bakı Marşal Klubunun (BMK) ulduz elçisi, əməkdar artist Murad Dadaşov iştirak edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, tədbir zamanı Formula 1 Avropa Qran Prisinin elçiləri sevənləri ilə görüş keçirəcək. /Trend/
Bununla yanaşı, Avropa Qran Prisinin ulduz elçisi Tünzalə Ağayeva Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışına həsr etdiyi mahnını tədbir zamanı ictimaiyyətə təqdim edəcək.