YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

GUAM-ın qərargahında beynəlxalq nəqliyyat marşrutu layihəsinin reallaşdırılması məsələləri müzakirə edilib

Ukrayna paytaxtında, GUAM-ın Katibliyində nəqliyyat üzrə işçi qrupun 11-ci iclası keçirilib.

GUAM-ın Kiyevdəki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, iclasda Təşkilatın üzvü olan dövlətlərin və Katibliyin nümayəndə heyətləri iştirak edib.

Tərəflər Azərbaycan, Gürcüstan, Qazaxıstanın nəqliyyat şirkətləri tərəfindən transxəzər beynəlxalq nəqliyyat marşrutunun və onun əlaqələndirmə komitəsinin yaradılması ilə əlaqədar GUAM-ın nəqliyyat dəhlizinin yeni imkanları barədə informasiya mübadiləsi aparıblar. İclas iştirakçıları 2015-ci il noyabrın 19-da Kiyev şəhərində keçirilmiş xüsusi “GUAM-Tranzit-2” konfransının qərarlarının həyata keçirilməsi ilə əlaqədar məsələləri müzakirə ediblər. Tərəflər Beynəlxalq Nəqliyyat Həftəsi çərçivəsində mayın 31-də Odessada keçiriləcək GUAM iştirakçıları olan dövlətlərdə nəqliyyatın inkişafına cavabdeh olan idarə rəhbərlərinin görüşünə hazırlıq məsələlərini də müzakirə ediblər. İclasda GUAM iştirakçıları olan dövlətlərdə nəqliyyatın inkişafına görə cavabdeh olan idarələrin rəhbərlərinin Odessa Bəyannaməsinin və GUAM nəqliyyat dəhlizi ilə yükdaşımaların artırılmasına dair Tədbirlər Planının layihələri razılaşdırılıb və bəyənilib.