YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub

Mayın 19-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Bakıda keçirilən “Caspian Agro-2016” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak etmək üçün ölkəmizə gələn Belarus Respublikası Baş nazirinin müavini Mixail Rusıy ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi perspektivləri müzakirə edilib, həmçinin sosial siyasət sahəsində ölkələrin təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.

Hər iki ölkənin dövlət başçılarının Azərbaycan-Belarus əlaqələrinin daha da inkişaf etdirilməsi barədə təşəbbüslərindən irəli gələrək iqtisadiyyatın müxtəlif sahələrində yeni layihələrin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və Milli Məclisin deputatı Xanlar Fətiyev də iştirak ediblər.