Xəbərlər
Ermənistan hərbi birləşmələri özlərinin pilotsuz uçan aparatını növbəti dəfə səhvən vurub

Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz uçan aparatı (PUA) erməni hərbi bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.
Bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan “X-55” tipli ikinci PUA-dır.