YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 41-ci iclası Azərbaycanda keçiriləcək

MDB üzv-dövlətləri Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının (TXXORŞ) bu gün Minskdə keçirilən görüşündə beynəlxalq terror təşkilatlarından irəli gələn təhlükələrin neytrallaşdırılması üçün əlavə tədbirlər işlənib hazırlayıb. Bu barədə “RİA-Novosti” agentliyi məlumat verib.

Məlumatda deyilir: “Birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsinin ən kəskin problemləri üzrə konkret peşəkar dialoq baş tutub. Bu, Şuramız çərçivəsində əməkdaşlığın dəstəklənməsi və gələcək inkişafına ortaq marağı təsdiqləyir”.

Həmçinin tədbirdə təmsilçiliyin yüksək səviyyəsi və Şura üzvlərinin onun işində fəal iştirakı qeyd olunub. Almaniya, İspaniya, İtaliya və Fransanın xüsusi xidmət orqanlarının nümayəndə heyətləri tədbirdə müşahidəçi qismində iştirak edib.

Bildirilir ki, TXXORŞ-un 41-ci iclası 2016-cı ilin III-IV rübündə Azərbaycanda keçiriləcək.