YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: TAP-ın reallaşdırılması Yunanıstan iqtisadiyyatına böyük impuls verəcək

Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikinti layihəsinin reallaşdırılması Yunanıstan iqtisadiyyatına böyük impuls verəcək. Bunu Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev yerli mətbuata müsahibəsində deyib. /Trend/

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin yaradılması və TAP layihəsinin reallaşdırılmasına başlanılması ümumilikdə Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin artmasına xidmət edəcək və region ölkələrinin iqtisadiyyatının inkişafına gətirib çıxaracaq.

Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.

 

DİGƏR Xəbərlər Arxiv