YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı deputat: ATƏT-dən konkret nəticələr gözləyirik

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan qoşunlarının bütün təmas xətti boyunca mövqelərimizə və mülki əhalinin məşkunlaşdığı kənd və qəsəbələrə ağır silahlardan atəş açması dünya ictimaiyyəti tərəfindən pislənilir. Bununla əlaqədar Almaniyanın CDU partiyasından deputat, CDU/CSU koalisiyasının daxili işlər üzrə mətbuat katibi Stefan Mayer Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq açıqlama verib.

Açıqlamada bildirilir ki, günahsız insanlar arasında çoxlu sayda itkilərin qarşısını almaq üçün bütün zorakılıq halları birmənalı şəkildə pislənilməlidir. Cənubi Qafqazda sabitliyin davamlı xarakter daşıması çox vacibdir və bu, Almaniya və Avropanın strateji maraqları kontekstində prioritet təşkil edir.

“Xüsusilə hazırkı hərbi münaqişə kontekstində mən beynəlxalq ictimaiyyətdən və ATƏT-in Minsk qrupundan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə nail olmalarını səbirsizliklə gözləyirəm. Təbii ki, bu həll yolu beynəlxalq hüququ və xüsusilə də Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini əks etdirməlidir”, - deyə almaniyalı deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv