YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli ekspert: Metsamor AES-də yarana biləcək nasazlığın nəticələri Çernobıl faciəsindən dəfələrlə ağır olacaq

Ermənistanda istismar vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasında (AES) yarana biləcək hər hansı bir texniki nasazlıq Çernobıl faciəsindən dəfələrlə ağır nəticələr riski yaradır. Bu AES-in seysmoloji ərazidə yerləşməsi bəşəri fəlakət təhlükəsidir.

Bu fikri  İstanbuldakı Böyükçəkməcə Təbiəti Mühafizə və Yaşıllaşdırma Dərnəyinin sədr müavini Səlahəddin Bulud bildirib. O deyib ki, istismar müddəti çoxdan başa çatan Metsamorun köhnə avadanlıqlarla fəaliyyətini davam etdirməsi ətraf mühit üçün ciddi təhlükə mənbəyidir. Bu AES-dəki köhnə avadanlıqlar ixrac olunan radioaktiv tullantıların həcmini dəfələrlə artırır. Bu isə radiasiyanın təbii formada bölgə ölkələrinə yayılmasına səbəb olur.

Ekspert bildirib ki, Metsamor AES-in gələcək taleyi sülhsevər dünya ictimaiyyəti qarşısında dayanan ən başlıca məsələlərdən biridir. BMT və digər beynəlxalq təşkilatlar, dünyanın mütərəqqi qüvvələri Metsamorun bağlanmasına nail olmaq üçün bütün imkanları səfərbər etməlidirlər.