YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Beynəlxalq təşkilatlar Ermənistandan öhdəliyinə əməl etməsini tələb etməlidirlər

«Mütəxəssislərə yaxşı məlumdur ki, "Metsamor" AES köhnə, istifadə müddəti bitmiş bir obyektdir». Bu fikri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, həmin  AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. Onun sözlərinə görə, ötən müddət ərzində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb.

«Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz hövzəsi ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir. Nüvə və radioaktiv materialların, nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistan xüsusi rol oynayır. Bütün bunları nəzərə alaraq beynəlxalq təşkilatlar "Metsamor" AES-in bağlanması ilə bağlı Ermənistandan öhdəliyinə əməl etməsini tələb etməlidirlər»- deyə, S.Qafarova vurğulayıb.