YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: “Bakı-Supsa” layihəsi mühüm siyasi əhəmiyyətə malikdir

“Şərq-Qərb” enerji dəhlizi yalnız iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyətə malik layihədir. Bu layihə Azərbaycan və Gürcüstanın iqtisadi potensialını artırmaqla yanaşı, siyasi müstəqilliyinin möhkəmlənməsində də mühüm rol oynayıb.

Bu fikri Tbilisidə jurnalistlərə müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir vurğulayıb ki, 1990-cı illərdə Azərbaycanın şimalında ciddi problemlər yaşanırdı. Çeçenistan müharibəsi, Bakı-Novorossiysk kəmərində baş verən terror aktları Azərbaycan neftinin qərb bazarlarına çıxarılması üçün alternativ yolların axtarılması zərurətini yaratmışdı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi sayəsində ortaya möhkəm siyasi iradə qoyuldu. Bakı-Supsa kəmərinin çəkilməsi ideyası irəli sürüldü və bugünkü enerji və nəqliyyat dəhlizlərinin təməli atıldı.

“Heydər Əliyev hələ o vaxt deyirdi ki, “Şərq-Qərb” enerji dəhlizi iqtisadi baxımdan daha çox, siyasi əhəmiyyət kəsb edir. Biz dünyaya sübut edəcəyik ki, öz məsələlərimizi özümüz həll edirik, müstəqil siyasətimiz var. Belə də oldu. Bu qərar Azərbaycanın müstəqil dövlət olduğunu, müstəqil siyasət yürütdüyünü dünyaya nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın və Gürcüstanın müstəqilliyinin qarantı oldu, iki dost və qonşu ölkənin dünya birliyindəki yerini möhkəmləndirdi. Qərbin və ABŞ-ın Azərbaycana marağını və inamını artırdı”, – deyə Natiq Əliyev vurğulayıb.