YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran və Azərbaycan multikulturalizm sahəsində təcrübə mübadiləsinə ehtiyac duyur

İran ilə Azərbaycan arasında multikulturalizm sahəsində əməkdaşlığın qurulması hər iki dövlətdəki etnik və dini müxtəliflik baxımından böyük əhəmiyyət daşıyır. Bu sahədə müsbət təcrübənin mübadiləsinə ehtiyac var.

Bu fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkəmizdə səfərdə olan İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi ilə görüşü zamanı səsləndirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildiriblər ki, görüşdə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanda dərin tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən söhbət açıb. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkədəki bütün milli və dini icmalara həssas münasibət bəslənilir, bərabər imkanlar yaradılır, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində davamlı addımlar atılır. O, İran və Azərbaycan arasında mədəni əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində hər iki ölkə rəhbərliyinin əzmlə çalışdığını diqqətə çatdırıb.

Azərbaycan və İran arasındakı tarixi dostluq və mədəni əlaqələrə diqqət çəkən Abuzər İbrahimi də öz növbəsində, İrandakı oxşar multikultural mühit haqqında məlumat verib. Rəhbərlik etdiyi təşkilatın dünyanın müxtəlif ölkələrində din və mədəniyyət təmsilçiləri ilə birgə həyata keçirdiyi layihələrdən bəhs edib.

Görüş zamanı Azərbaycan və İran dövlətlərinin elm, təhsil və mədəniyyət adamlarının gələcək əməkdaşlığı, islam mədəniyyətinin dünyada daha yaxından tanıdılması üçün görüləcək birgə işlər barədə fikir mübadiləsi aparılıb.