YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Ermənistan Metsamor AES-i silah kimi əlində saxlamağa çalışır

«Ermənistan sovet dövründən qalmış mirasa sahib durub və Metsamor AES-in çirkli tullantılarının axıdılması hesabına su ehtiyatları zəhərlənib». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Metsamor regionun altına qoyulmuş bir bombadır. Onun sözlərinə görə, sovetlər birliyi dağılandan sonra Ermənistan bu stansiyanı silah kimi əlində saxlamağa çalışır.

«Bu günki reallıqda isə xüsusi radiaktiv maddələri özündə saxlayan reaktorların köhnə materiallardan olması ilə bağlı dəfələrlə xarici mütəxəssislər həyəcan təbili çalıblar ki, hər an regionda bu cür radiaktiv şüalanmalar yayıla və ikinci Çernobıl faciəsi təkrarlana bilər. Hazırda Ermənistan Metsamor AES-i özünün bir nüvə silahına çevirib, nəinki bir enerji mənbəyinə»- deyə, Z.Oruc qeyd edib.