YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Mayın 15-də Gürcüstanın paytaxtı Tbilisidə “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Energetika Nazirliyindən bildirilib ki, Azərbaycan bu mərasimdə yüksək səviyyəlı nümayəndə heyəti ilə təmsil olunacaq.

“Şərq-Qərb” enerji dəhlizinin əsası Bakı-Supsa neft ixrac boru kəməri ilə başlanır. 1996-cı il mart ayının 8-də Azərbaycan Respublikası və Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəqlinə dair hökumətlərarası sazişin imzalanması ilə Bakı-Supsa neft ixrac boru kəməri layihəsinə start verilib. Uzunluğu 830 kilometr, layihə gücü ildə 5,1 milyon ton, gündəlik maksimum ötürmə gücü 115 min barel olan bu kəmərin istismara buraxılması ilə Şərqlə Qərbi birləşdirən enerji dəhlizinin təməli qoyulub. 1999-cu il aprel ayının 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi baş tutub. Bakı-Supsa Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmərdir. Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu boru kəməri ilə 76,3 milyon ton neft nəql olunub.

 

DİGƏR Xəbərlər Arxiv