YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Belçikada UNESCO tərəfindən keçirilən sualtı mədəni irsin qorunması üzrə elmi konfransda təmsil olunmuşdur

İyunun 26-29-da Belçika Krallığının Brügge şəhərində UNESCO tərəfindən sualtı mədəni irsin qorunması üzrə elmi konfrans və Birinci Dünya müharibəsinin başlanmasının 100-cü ildönümü ilə bağlı xatirə tədbiri keçirilmişdir.

Belçika hökumətinin dəstəyi və bu ölkənin UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə sualtı mədəni irsin qorunmasında UNESCO-nun rolu və bu istiqamətdə aparılan fəaliyyət, sülh mədəniyyəti və qeyri-zorakılığın təşviqi kimi məsələlər müzakirə edilmişdir.

Tədbirlərdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva “Azərbaycanın sualtı mədəni irsi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Günay Əfəndiyeva Birinci Dünya müharibəsində neft uğrunda aparılan mübarizədə Xəzər dənizi və Azərbaycan ərazisinin strateji əhəmiyyətini qeyd etmiş, belə tədbirlərdə təcrübə mübadiləsinin genişləndirilməsinin sualtı mədəni irsin öyrənilməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Tədbirlərdə Azərbaycan ilə yanaşı, 50-ə yaxın ölkənin, o cümlədən Fransa, İngiltərə, İtaliya, ABŞ, Kanada, Meksika, İndoneziya, Avstraliya, Yunanıstan, İspaniyanın UNESCO üzrə Milli komissiyalarının baş katib və nümayəndələri, müxtəlif qurumların mütəxəssisləri iştirak etmişlər.