YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarovun almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə görüşündə ölkələrimiz arasında münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsi, ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə görüşündə ölkələrimiz arasında münasibətlər, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdən əvvəl hər iki nazir jurnalistlər üçün birgə bəyanatla çıxış ediblər.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranan son gərginlik, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və azərbaycanlı mülki əhalini ağır silahlardan hədəfə alması barədə almaniyalı həmkarına məlumat verib. Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Nazir münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə münaqişənin həllinə töhfə verə biləcəyinə ümidvar olduğunu deyib.

Görüşdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib.