YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azəravtoyol” ASC "Road and Traffic 2016" sərgisində iştirak edir

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı Ekspo Mərkəzində təşkil olunan VI Beynəlxalq Xəzər “Yol infrastrukturu və İctimai nəqliyyat” "Road and Traffic 2016" sərgisində iştirak edir.

“Azəravtoyol” ASC–nin mətbuat xidmətindən bildirilib ki, ASC-nin pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

Üç gün davam edəcək "Road and Traffic 2016" sərgisində iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi, yol-tikinti avadanlığı və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üçün vasitələr, yol işarələmə avadanlığı, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı və s. üzrə xidmətlər təklif edirlər.