YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda intellektual səviyyənin, elmi potensialın gücləndirilməsində Ulu öndər Heydər Əliyevin böyük xidmətləri var

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib.

Görüşdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və fəal gənclər iştirak ediblər.

Əvvəlcə tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ulu Öndərin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti haqqında danışıb.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qeyd edib ki, ulu öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi illərdə mühüm islahatlar həyata keçirib, tələbələri xaricdə təhsil almağa göndərməklə Azərbaycanda intellektual səviyyəni, elmi potensialı xeyli gücləndirib. Bu gün ölkəmizdə təhsil sahəsində aparılan islahatlar Ümummilli Liderin vaxtilə əsasını qoyduğu islahatlar müstəvisi ilə sıx əlaqədardır.

Rektor vurğulayıb ki, müstəqillik illərində Ulu Öndər təhsil sistemində baş verən boşluqları, deformasiyaları aradan qaldırmaq üçün böyük qüvvə sərf edib. O zaman ölkənin ciddi problemlər içində olmasına baxmayaraq, Ulu Öndər özünəməxsus müdrikliklə elmin və təhsilin qarşısında dayanan problemlər haqqında fikirlərini söyləyib, çıxış yollarını göstərib. Ona görə də bu gün uğurlarımız çox böyükdür. Bu gün biz Ümummilli Liderin anadan olmasının 93-cü ildönümünü qeyd edirik və hamımız fəxarət hissi ilə bildiririk ki, doğrudan da Ulu Öndərin əsasını qoyduğu bu islahatlar xüsusən elmdə və təhsildə bu gün öz bəhrəsini verir.

Azərbaycanda elə bir sahə təsəvvür etmək mümkün deyil ki, orada Ulu Öndərin imzası, yaxud onun təməlində Heydər Əliyevin xidmətləri olmasın. Ulu Öndərin Azərbaycan gəncliyinin inkişafında misilsiz xidmətləri olub.

Bu fikirləri isə YAP Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib.

O bildirib ki, məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan gəncinin qüruru özünə qaytarıldı. Heydər Əliyev həmişə gənclərə böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə ümummilli lider Heydər Əliyevdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, Ulu Öndərin gənclərlə bağlı siyasətini də uğurla davam etdirir.

Tədbir müzakirələrlə davam edib.

 

DİGƏR Xəbərlər Arxiv