YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Süddeutsche Zeitung” Azərbaycan ərazilərinin işğalından və Xocalı faciəsindən yazıb

Almaniyanın ən böyük tirajlı qəzetlərindən olan “Süddeutsche Zeitung” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş “Nifrət bağında” başlıqlı məqalə dərc edilib.

Məqalədə Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olması vurğulanır. Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir. Qeyd edilir ki, Sovet İttifaqının sonlarında qızışan münaqişə nəticəsində azərbaycanlılar Dağlıq Qarabağdan qovulublar. Sovet İttifaqının dağılmasından sonra münaqişə Ermənistan və Azərbaycan arasında müharibəyə çevrilib. Müharibə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib.

Bildirilir ki, müharibə Azərbaycan üçün Dağlıq Qarabağ və yeddi ətraf rayonun itirilməsi ilə yanaşı, Xocalı faciəsi kimi yara da buraxıb. “Human Rights Watch” təşkilatının məlumatına görə, 1992-ci ilin fevralında baş vermiş Xocalı qətliamında yüzlərlə azərbaycanlı həlak olub.

1994-cü ildən bəri atəşkəsin hökm sürdüyü barədə məlumat verilən məqalədə deyilir ki, Azərbaycan öz mövqeyində beynəlxalq hüquqa əsaslanır. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Azərbaycanın mövqeyi dəstəklənir və işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması tələb olunur. Bildirilir ki, vaxtilə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan ATƏT-in münaqişənin həllinə dair təklifini qəbul etmək istəyərkən istefaya məcbur olunub.

Məqalədə, həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın Berlinə səfəri zamanı yüzlərlə azərbaycanlının Almaniya Kansler Administrasiyasının qarşısında toplaşaraq, əllərində Azərbaycan bayrağı və “Dağlıq Qarabağın işğalını dayandırın!” şüarı yazılmış plakatlarla bu səfərə etiraz etməsi barədə məlumat verilir.