YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır

Müdafiə nazirinin tapşırığına əsasən, qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən olunan marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.

“Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları cəmləşmə rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə və müəyyənləşdirilən normalara uyğun qaydada müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidmətləri təşkil olunub.