YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il BTC kəməri ilə 10 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

Cari ilin aprelində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 502 min 255 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında kəmərlə 9 milyon 815 min 567 ton neft ötürülüb. BTC istifadəyə verilən gündən bu il mayın 1-dək kəmərə 302 milyon 490 min 956 ton neft vurulub.

Apreldə BTC kəməri ilə 350 min 862 ton Türkmənistan nefti nəql edilib.