YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xəzər rayon təşkilatının üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Bu gün Xəzər rayon İcra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə  Fəxri xiyabanda gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər çiçəklər düzülüb.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildiriblər ki, Mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin may ayında istifadəyə verilib.

Həmçinin, müasir Bakının simvollarından biri hesab edilən Mərkəzdə Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilib, ziyarətçilərə tarixi faktlar barədə məlumatlar verilib.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrılıblar.