YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Azərbaycan xalqı əsrlər boyu multikultural dəyərlərə istinad edərək yaşayıb

«Azərbaycanda mütəmadi olaraq sivilizasiyaların dialoquna dair nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Bu, ölkəmizdə multikulturalizm ideyalarının nümayişi və təntənəsidir». Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, multikulturalizm hansısa Avropa ölkələrində iflasa uğramış ola bilər, amma Azərbaycanda bu, həyat tərzidir. Onun sözlərinə görə, Azərbaycan xalqı əsrlər boyu multikultural dəyərlərə istinad edərək yaşayıb.

«Azərbaycan dövləti uğurlu multikultural siyasət həyata keçirir. Multikulturalizm min illərdir insan cəmiyyətində mövcuddur. Ancaq ənənəvi multikulturalizmin dövlət siyasəti xətti kimi həyata keçirilməsi baxımından Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi işlər çox təqdirəlayiqdir»- deyə, AMEA prezidenti vurğulayıb.